Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
Unikal.org-un məlumatına görə, martın 14-də qızılın qiyməti martın 13-ü ilə müqayisədə 2,3205 manat azalaraq 1 unsiya üçün 2215,3465 manat təşkil edib.
Gümüş 0,1158 manat ucuzlaşaraq 1 unsiya üçün 26,1269 manata bərabər olub.
Platinin qiyməti 0,595 manat azalaraq 1419,313 manat, palladiumun qiyməti isə 22,6185 manat artaraq 2629,713 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir