Bir qədər əvvəl Ukraynanın paytaxtı Kiyevdə azərbaycanlı tələbə erməni tərəfindən döyülüb.
Unikal.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Ukrayna Polis Akademiyasının qarşısında qeydə alınıb. Fərhad Vəliyev adlı azərbaycanlı döyüləndən sonra xəstəxanaya yerləşdirilib.
İlkin məlumatlara görə, həmin erməni ilə azərbaycanlı tələbə arasında işbirliyi olub.
Artıq hadisə barədə həmin ölkədəki Azərbaycan səfirliyi və müvafiq diaspor təşkilatları məlumatandırılıb.