Bu ilin yanvar-fevral aylarında Azərbaycana 5 169 ədəd avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 60,22% və ya 3 104 ədəd çox deməkdir.
Unikal.org-un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabatda əsasən, bu ilin ilk 2 ayında adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri 4 707 ədəd təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 840 ədəd və ya 2,52 dəfə çoxdur.
Bundan başqa, cari ilin ilk iki ayında idxal olunan, sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulan motorlu nəqliyyat vasitələri 37 ədəd olub. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 26 ədəd və ya 3,36 dəfə çox deməkdir.
Həmçinin, bu ilin yanvar-fevral aylarında idxal olunan yük daşımaq üçün motorlu nəqliyyat vasitələri 397 ədəd təşkil edib. Bu, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 215 ədəd və ya 84% çoxdur.
2019-cu ilin ilk iki ayında 28 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi idxal olunub ki, bu da ötən ilin yanvar-ferval ayları ilə müqayisədə 23 ədəd və ya 5,6 dəfə çoxdur.