Pentaqon, Suriya müxalifəti və ərəb ölkələrindən ibarət koalisiya son 24 saat ərzində Menbicin şimal-şərqindəki 3 kilometrlik bölgəni İŞİD-dən azad edib.
 
Bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Peter Kuk məlumat verib.
 
Onun sözlərinə görə, İŞİD müdafiə xəttini gücləndirsə də, şəhərin cənubundakı birləşmiş qüvvələr daha 6 kilometr irəliləyə bilib.(Axar.az)