Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Unikal.org-un məlumatına görə, martın 27-də qızılın qiyməti martın 19-u ilə müqayisədə 11,832 manat artaraq 1 unsiya üçün 2234,9645 manat təşkil edib.

Gümüş 0,0189 manat bahalaşaraq 1 unsiya üçün 26,1958 manata bərabər olub.

Platinin qiyməti 37,7655 manat artaraq 1463,6405 manat, palladiumun qiyməti isə 59,398 manat azalaraq 2631,2345 manat təşkil edib.(trend)