Azərbaycanda insan orqanizminin funksiyalarının təzahür dərəcələrinin təsnifatı bəlli olub.

Unikal.org-un məlumatına görə, bu, "Əlilliyin müəyyən olunması meyarları haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənəddə qeyd edilib ki, xəstəliklər, zədə və çatışmazlıq səbəbi ilə yaranan və bu Qaydaya əlavə olunmuş kəmiyyət qiymətləndirmə sistemi vasitəsilə təsnifləşdirilən, 10-100% diapazonunda müəyyənləşdirilən insan orqanizmi funksiyalarının sabit pozuntularının aşağıdakı 4 başlıca dərəcəsi nəzərə alınır:

I dərəcə - xəstəliklər, zədə və çatışmazlıq səbəbi ilə yaranan, insan orqanizminin sabit az əhəmiyyətli funksiya pozuntuları, 10-30% diapazonunda;

II dərəcə - xəstəliklər, zədə və çatışmazlıq səbəbi ilə yaranan, insan orqanizminin sabit orta əhəmiyyətli funksiya pozuntuları, 31-60% diapazonunda;

III dərəcə - xəstəliklər, zədə və çatışmazlıq səbəbi ilə yaranan, insan orqanizminin sabit ciddi funksiya pozuntuları, 61-80% diapazonunda;

IV dərəcə - xəstəliklər, zədə və çatışmazlıq səbəbi ilə yaranan, insan orqanizminin sabit ciddi əhəmiyyətli funksiya pozuntuları, 81-100% diapazonunda.

Sənəd 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.