Bakıda Əhməd Rəcəbli küçəsində magistral su kəmərində qəza baş verib.

Unikal.org xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, qəza ilə əlaqədar Binəqədi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilə yaranıb.

Hazırda qəza briqadaları əraziyə cəlb olunub.