CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 1-də 70,82 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,08 dollar/barel çoxdur.

Unikal.org xəbər verir ki, bu barədə  ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 70,16 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,09 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 68,36 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 1,27 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 69,18 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 1,19 dollar/barel çoxdur.(trend)