Birləşmiş Ştatlar NATO üzrə müttəfiqlərinin ittifaqın birliyini təhdid edən rəqiblərin silahını əldə etməsinə hərəkətsiz qalmaq dayanmaq niyyətində deyil.

Unikal.org xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Mayk Pens Türkiyənin Rusiyanın ZRK S-400 raketlərini almasını şərh edərkən özünün "Twitter" səhifəsində yazıb.

"Türkiyə seçim etməlidir. O, tarixin ən müvəffəqiyyətli hərbi ittifaqında əhəmiyyətli partnyor kimi qalmaq istəyirmi, yoxsa belə düşünülməmiş qərarları - hansılar ki, bizim ittifaqımızı pozur - qəbul edərək bu əməkdaşlığın təhlükəsizliyinə risk etmək istəyir",- deyə Pensin mesajında bildirilir.