Kiyev-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus çamadan rentgen aparatından keçəndə monitorda şübhəli əşyaların təsviri əks olunub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Unikal.org-a verilən məlumata görə, vətəndaş gömrük nəzarət zonasına daxil olarkən əvvəlcədən mütləq qaydada bəyan etməli olduğu əşyaları gömrük orqanına təqdim, elektron və ya yazılı formada bəyan etməyib. Sərnişin baqajını götürüb "Yaşıl kanal" buraxılış sistemindən istifadə edərək gömrük nəzarətindən keçərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən "Qırmızı kanal"a yönləndirilib, sonra isə təkrar yoxlama keçirilib.

Yoxlama zamanı vətəndaşa məxsus qara çantanın içərisindəki şəxsi geyim əşyalarının arasında qara sellofana bükülü, üzərində "Lirika 75 mq Preqabalin" sözləri yazılan 56 ədəd ağ-qırmızı rəngli kapsul aşkar edilib.

Qeyd edək ki, Preqabalin "Güclü təsir edən maddələrin və onların külli miqdarının" siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ-21063" markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual edilib.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobilin salonundakı arxa aynanın qarşısında - sellofan torbaların içərisində və ön oturacağın ayaqaltlığının altında üzərində "Phistoclozanid 500" yazısı olan 300 ədəd həb, üzərində gürcü əlifbası ilə yazılar olan 50 qramlıq 20 flakon, 10 qramlıq 80 flakon və 20 qramlıq 20 flakon dərman preparatları aşkarlanıb.