Ermənistan parlamentində yanğın olub.

Unikal.org erməni mətbuatına istinadən xəbər verir ki, məlumatı ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb.

Hadisə aprelin 4-də gecə saatlarında qanunverici orqanın birinci korpusunda baş verib. Yanğın nəticəsində parlamentin “Binaya xidmət və təmir” bölməsində yerləşən kabinetin biri tamamilə yanıb.