İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Minab rayonunda iki yük maşınında qanunsuz yolla ixrac üçün aparılan 20 ton soğan aşkarlanıb.
Unikal.org-un məlumatına görə, bunu İranın Hörmüzqan vilayəti polis rəisinin əvəzi polkovnik Abbasəli Behdanifərd deyib.
A.Behdanifərdin sözlərinə görə, qaçaqmalçılıqla mübarizə çərçivəsində polis əməkdaşları Minab rayonunda iki şübhəli yük maşınını saxlayıblar.
Polis rəsmisi qanunsuz yolla ixrac üçün aparılan soğanın dəyərinin 800 milyon rial (təxminən 19 min dollar) olduğunu bildirib.
Hadisə ilə əlaqədar iki nəfər saxlanılıb, araşdırma aparılır.
Qeyd edək ki, İran daxili bazarı nizamlamaq məqsədilə kartof və soğanın ixracına qadağa qoyub. Son vaxtlar İranda soğanın 1 kiloqramının qiyməti 150 min riala (təxminən 3,33 dollar) bahalaşıb.