Türkiyədə Ali Seçki Qurumu (ASQ) fövqəladə toplantı keçirilməsinə qərar verib.
Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul mahal seçki dairəsi 15 ilçədə etibarsız səslərin yenidən sayılması ilə bağlı qərar verib.
Qərara görə, Küçükçəkməcə, Pendik, Bahçelievler, Üsküdar, Sultanqazi, Kağıthane, Avcılar, Sancaqtəpə, Güngörən, Şişli, Arnavutköy, Bəylikdüzü, Beşikdaş, Kadıköy və Bəyoğlu ilçələrində etibarsız səslər yenidən sayılacaq.
Məlumata görə, daha əvvəl seçki qurumları sözügedən ilçələrlə bağlı etirazları rədd etmişdi.
Seçki dairəsinin bu qərarına müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) etiraz edib. Türkiyədə Ali Seçki Qurumu da bundan sonra fövqəladə toplantı keçirilməsinə qərar verib.