Türkiyədə CHP-dən namizəd olan Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyə sədri kimi Anıtqəbiri ziyarət etdiyi üçün cinayət işi açılıb.
Unikal.org xəbər verir ki, Ə.İmamoğluya Türkiyə Cinayət məcəlləsinin 262.1 maddəsi ilə (ictimai vəzifəni qanunsuz olaraq boynuna götürmək) cinayət işi açılıb. Cinayət elanı ərizəsini Samsun Ədliyyəsinə aparan vəkil Elif Özge Çankaya bu barədə məlumat verib.
O bildirib ki, YSK seçki nəticələrini tam açıqlamamış, 2 aprel tarixində Əkrəm İmamoğlu Anıtqəbir ziyarətində olmuş , İstanbul Böyükşəhər Bələdiyyə Başçısı adıyla Anıtqəbir dəftərini imzalamışdır. Buna görə, Samsun Respublika Prokurorluğu cinayət işi açılıb.