Kamerunun ənənəvi tayfa liderlərindən birinin oğlu şahzadə Can-Lu i Binqna Meksikadakı Akapulko kurrotunda qəzaya düşüb.
Unikal.org RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bu barədə Diario de Tabasco xəbər portalı məlumat yayıb.
Bildirilib ki, afrikalı şahzadə şəhərin mərkəzində olan tuneldə sürət həddini ötüb və nəticədə avtomobilini aşırıb. Nəticədə iki nəfər ağır xəsarət alıb, şahzadənin özünə isə heç nə olmayıb.
Şahzadənin Akapulkoda olmasının səbəbi hələki bilinmir.