Azərbaycanın aparıcı banklarından biri olan “Günay Bank” müştərilər üçün "MasterCard Platinum" kartlarını əldə etməyi asanlaşdıran endirim aksiyasına başlayıb.
Unikal.org xəbər verir ki, "Günay Bank" bir illik "MasterCard Platinum" kartlarını yarı qiymətinə cəmi 35 manata təklif edir. Bu kartları əldə etməklə siz aşağıdakı bir çox imkanlardan yararlana bilərsiniz:
Bütün dünyada milyonlarla ticarət obyektində mal və ya xidmətin alınması üçün ödəniş etmək imkanı,
İstənilən ölkənin bankomatında istənilən valyutada nağd vəsait əldə etmək imkanı,
Məsafədən əməliyyat aparmaq (o cümlədən MOTO əməliyyatları),
Ailə üzvlərinizə sizin kart hesabınıza bağlı olan əlavə kartlar sifariş etmək,
"Mastercard" təşkilatı tərəfindən Premium kartlar üçün keçirilən müxtəlif proqramlarda iştirak etmək imkanı,
"GünayBank"ın imtiyazlı müştərisi olursunuz
"Lounge Key" xidməti - bu xidmət vasitəsi ilə kart istifadəçisi dünyanın 1000-dən çox hava limanlarında yerləşən VİP zallarına endirimli giriş hüququ qazanır. Həmçinin, kart istifadəçisi özü ilə ailə üzvləri və ya tanışları VİP zallara dəvət edə bilərlər.
Qeyd edək ki, kart sahibləri əlavə olaraq sms banking, 3D Secure, CİB mobil banking xidmətlərindən istifadə edə bilərlər.