“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri vəzifəsini icra edən Rövşən Məmmədov Aparat rəhbərini vəzifəsindən azad edib.
Unikal.org-un əldə etdiyi məlumata görə, R.Məmmədovun müvafiq əmri ilə, Aparat rəhbəri vəzifəsini icra edən Cabbar Quliyevi işdən çıxarıb.
Xəbəri Unikal.org-a Cabbar Quliyev təsdiqləyib.
Qeyd edək ki, Rövşən Məmmədov Cabbar Quliyevi bu ilin yanvar ayında Aparat rəhbəri vəzifəsinə təyin etmişdi.
Ülvi Rzazadə