"Azəriqaz" İstehsalat Birliyi xəbərdarlıq etmədən Yasamal rayonunda təbii qazın verilməsini dayandırıb.
Bu barədə Yeni Yasamalda yaşayan sakinlər Unikal.org-a məlumat veriblər.Onlar bildirib ki, Əsəd Əhmədov küçəsində 4 gündür gecə saatlarında, sakinlərin yatdığı vaxtda təbii qazın verilməsi dayandırılıb. "Azəriqaz" İstehsalat Birliyinin xəbərdarlıq etmədən belə addım atması sakinlərin həyatı üçün təhlükə və qəza şəraiti yaradır.
Amid Əyyuboğlu