Milyarder iş adamı Warren Buffett, "Apple" şirkətinə böyük investisiya yatırmasına baxmayaraq fərqli, qiyməti ucuz olan "samsung" markalı bir mobil telefon istifadə edir.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki,  məşhur iş adamı Warren Buffetin rəhbəri olduğu şirkəti "Apple"in səhimdarlarından sayılır. Ancaq Buffett, "Apple"in sahiblərindən olsa da, qiyməti 20 dollar (30 manat) olan Samsung (SCH-U320 model) telefon istifadə edir.