İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Vərzəqan rayonunda güclü qar yağış nəticəsində 60-dan çox kəndlə əlaqə yolu bağlanıb.
Unikal.org-un məlumatına görə, bunu İranın Şərqi Azərbaycan vilayəti Vərzəqan rayonu yol idarəsinin rəisi Cabir Həbibi İSNA-ya açıqlamasında deyib.
C.Həbibinin sözlərinə görə, rayonun Xarvana bölgəsində qarın hündürlüyü 40 santimetrdən çoxdur.
Həbibi əlavə edib ki, qar yağışı qışda yağan qara bənzəyir: “Rayonun əsas yolları açıqdır. Kənd yollarının açılması üçün qarın təmizlənməsi əməliyyatı sürətlə davam edir”.