Xəbər verdiyimiz kimi, Ukraynada prezident seçkilərinin ikinci turu keçirilib. Vladimir Zelenski 73 faiz Prezident Petro Poroşenkoya qalib gəlib. Əslində, rəsmi olaraq, elan edilməsə də, artıq onu Ukraynanın yeni seçilmiş Prezidenti adlandırmaq olar.
Unikal.org-un apardığı araşdırmaya görə, şoumen, komediya aktyoru, prodüser, ssenarist Vladimir Zelenskinin xalqın etimadını qazanmasının ilginc səbəbləri var.
Qeyd edək ki, Vladimir Zelenski qərbin sifarişi ilə 2016-cı ilin sonunda “Xalqın qulluqçusu” yumoristik serialı və eyniadlı filmdə çəkilib.
Vladimir Zelenski baş rolda çəkildikdən sonra, onun Ukrayna prezidentliyinə namizəd olacağı barədə fikirlər dolaşmağa başladı.
O, bu filmlə Vladimir Zelenski xalqın tam sevgisini qazana bildi. Nəhayət 2017-ci ildə özünün yaratdığı “Studiya kvartal 95”in hüquqçuları Xalq Qulluqçuları Partiyası ilə Zelenski prezident seçilməyə nail ola bildi.
Vladimir Zelenski filimdə Radada xalqa qarşı çıxan deputatları güllələməklə daha çox yadda qaldı.
Həmin filimdən görüntüləri təqdim edirik:
Orxan Həsənli