"Miss Uruqvay - 2006" gözəllik yarışmasının qalibi Fatimih Davila Sosanın tətilə getdiyi oteldə cəsədi tapılıb.
Unikal.org xəbər verir ki, gənc model tualetdə asılı vəziyyətdə olub. Polis hadisənin cinayət ola biləcəyindən şübhələnir.
İlkin məlumata görə, model iş görüşməsi üçün Meksikaya getmişdi. Burada bir müddət tətil etmək üçün paytaxtdakı otellərdən birində qalıb. İlkin araşdırmalara görə, o, özünü asan zaman otaqda tək olmayıb. Məhz buna görə də, polis hadisənin cinayət olması ehtimalı üzərində dayanır.
Fatimih bir müddət öncə İnstaqram hesabından "Həyatın hər anından həzz alın" deyə, paylaşım etmişdi.