2018-ci ilin yekunlarına əsasən Azərbaycanda tütün istehsalı təxminən 20 faiz artıb.
Unikal.org xəbər verir ki, bunu trend-ə Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Telman Həsrətov deyib.
Onun sözlərinə görə, istehsalın analoji artım həcmi bu il də gözlənilir:
"Bu il qurutma kameralarının sayını artırmaq planlaşdırılır. Bu gün parniklərin hazırlanması üzrə işlər aparılır, yüksək keyfiyyətli tütün sortları seçilir. Yerli tütün məhsulunun keyfiyyətini və rəqabətqabiliyyətliliyini artırmaq üçün bir sıra yeni tütün növünün idxalı nəzərdə tutulur. Ölkədə istehsal olunan hazır tütün məhsulu hələ ki, daxili tələbatı tam ödəmir".
Qeyd edək ki, hazırda ölkədə daha çox Balakən, Şəki, İsmayıllı, Qəbələ, Lerik və Masallıda tütün istehsal olunur.
Rəsmi statistikaya əsasən, 2017-ci ildə Azərbaycanda 5213,2 ton tütün istehsal edilib.