Son zamanlar "La Casa De Papel"də alacağı rolla gündəmə gələn Nəsrin Cavadzadə "Yasak Elma" serialına qatılıb.
Unikal.org xəbər verir ki, aktrisa ekran işinin mayın 6-da efirə gedəcək bölümündə rol alacaq. O, 44-cü bölümdən etibarən “Şahika” obrazını canlandıracaq.
Şevval Sam, Onur Tuna, Eda Ece ve Sevda Ergincinin baş rolda oynadığı, rejissorluğunu Neslihan Yeşilyurtun etdiyi "Yasak Elma"da Nəsrin əsəbi və iddialı bir obrazla tamaşaçı qarşısına çıxacaq.(axsam.az)