Bu ilin yanvar-mart aylarında Azərbaycanın qiymətli kağızlar bazarında 5 633,5 milyon manatlıq əməliyyat aparılıb.
Unikal.org Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,45% azdır.
Əvəzində son 1 ildə bu bazarda bağlanmış əqdlərin sayı 11,2% artaraq 29 958-ə çatıb.
Hesabat dövründə qiymətli kağızlar bazarının 4 144,8 milyon manatlıq hissəsi ilkin bazarda, 1 518,7 milyon manatlıq hissəsi isə təkrar bazarda formalaşıb. Bu, illik müqayisədə müvafiq olaraq 36,3% çox və 51,7% azdır.
İl ərzində ilkin bazarda bağlanmış əqdlərin sayı 22,9% artaraq 397, təkrar bazarda bağlanmış əqdlərin sayı isə 11% artaraq 29 561 olub.