"One Direction" qrupunun üzvü Harri Edvard Stayls "MET Gala-2019" tədbirində geyimi ilə diqqət mərkəzində olub.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, müğənni qadın geyimi ilə gecəyə damğa vurub. O, tül parçadan tikilən qara rəngli tulum və hündür daban ayaqqabı geyinib. Dırnaqlarını boyayan gənc ulduz qadın aksesuarlarından da istifadə edib.
Onun bu geyimi sosial mediada da müzakirə mövzusu olub.