Dünya birjalarında neftin qiyməti bahalaşır.
Unikal.org xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,45 dollar artaraq 70,84 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,47 dollar bahalaşaraq 62,17 dollar təşkil edib.
“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,32 dollar ucuzlaşaraq 72,73 dollar təşkil edib.