“Bu konfransda iştirakdan çox məmunam. Bu tədbir çox böyük əhəmiyyətə malikdir. Tədbir çərçivəsində dünyadakı tədqiqatçılar, alimlər, tələbələr, dağçılıq həvəskarları bir araya gəlib. Təqdqiqatçılar dağlarla bağlı hazırkı vəziyyəti, problemləri müzakirə etdi, həlli yolları üzərində düşündü. Konfrans nəinki Azərbaycan, BMT üçün də olduqca vacib idi”.
Bu sözləri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai Qərbi Kaspi Universitetində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Dağlar: Mədəniyyətlər, Landşaftlar və Biomüxtəliflik” adlı Beynəlxalq konfransdan sonra Unikal.org-a açıqlamasında bildirib.
Q.İsaqzai deyib ki, bu tədbirin əsas əhəmiyyəti ondan ibarətdir ki, meşələr, dənizlər, çaylara nisbətdə dağlar haqqında az danışılır və biz diqqəti dağlara da yönəlməsinə çalışırıq. Çox sevindirici haldır ki, Azərbaycan bu mövzuya yer ayırır.