Bu ilin ötən dövründə Azəbaycanda minimum pensiyalar və minimum əməkhaqqı 40 faiz, sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb.
Unikal.org-un məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Bakıda keçirilən Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Regional Sosial Təminat Forumunda çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, təkcə cari ilin ötən dövründə reallaşdırılan uğurlu sosial paket 3 milyon insanın rifahına ciddi dəstək olub.
S.Babayev vurğulayıb ki, 10 min nəfərə elektron qaydada pensiya təyin olunub.
O qeyd edib ki, pensiya sisteminin yeni inkişaf konsepsiyası hazırlanıb, şəhid ailələri və müharibə əlillərinin mənzil, müharibə əlillərinin minik avtomobili ilə təminatı proqramı idən-ilə dəfələrlə genişlənib.