Yenidən onkoloji xəstəliyə tutulan əməkdar artist Tünzalə Əliyeva xəstəxanaya yerləşdirilib.
Unikal.org xəbər verir ki, bu barədə "Toppuş bacı” sosial şəbəkə hesabında video paylaşaraq açıqlayıb. O bu gün kimyaterapiya ediləcəyini bildirib:
"Bir azdan sevə-sevə kimyaterapiyamı qəbul edəcəm ki, məni sağaltsın”.
Qeyd edək ki, Tünzalə Əliyeva son açıqlamasında xəstəliyinin irəlilədiyini və boğazına qədər yayıldığını bildirmişdi.