"Eurovision 2019" mahnı müsabiqəsinin II yarımfinalı keçirilir.
Unikal.org xəbər verir ki, yarışmada ölkəmizi müğənni Çingiz Mustafayev təmsil edib.
Səhnəyə qara libasla çıxan Çingiz 18-ci nömrə altında "Truth" mahnısını səsləndirib.
Qeyd edək ki, Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino və Sloveniya ilk yarımfinalda finala vəsiqə qazanan ölkələr olub.
Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, Almaniya və ev sahibi İsrail təmsilçiləri birbaşa finalda iştirak edəcəklər.
Yarışmanın finalı şənbə günü olacaq.