26 yaşlı müğənni Selena Qomez Kann festivalında iştirak etmək üçün Lazur sahillərindədir.
Unikal.org xəbər verir ki, bundan istifadə edən "Puma" brendi ona reklam təklifi göndərib.
Kameralar qarşısına keçən müğənni müxtəlif geyimlərdə fotolar çəkdirib.
"Bu kolleksiyaya aşiqəm. O mənim həyatıma ilham verir" deyə, Qomez bildirib.
Qeyd edək ki, bu ifaçının adıçəkilən brendlə ilk əməkdaşlığı deyil. O, daha əvvəllər də reklam üçün kameralar qarşısına keçib.