“Avroviziya 2019”-da Azərbaycanı təmsil edən Çingiz Mustafayev dünya azərbaycanlılarına müraciət edib.
Unikal.org xəbər verir ki, ifaçı öz azerkeşlərinə videomüraciət edərək, onu dəstəkləməyə çağırıb.
“Üç ay tez gəldi-keçdi. Bu müddət ərzində çəkdiyim bütün əziyyət, stress, gözəl günlər, hazırlıqlar cəmi üç dəqiqəyə görədir. Bu üç dəqiqə gəlib-çatdı. Dəstək olun. Mobil proqram vasitəsilə səs verə bilərsiniz. Bütün dünya azərbaycanlılarına səslənirəm: dəstək olun, səs verin”.
Qeyd edək ki, bu gün İsrailin paytaxtı Təl-Əviv-də “Avroviziya-2019”un finalı saat 23:00-da İTV-də birbaşa olaraq, canlı yayımlanacaq. Çingiz Mustafayev “Truth” mahnısı ilə 20-ci sırada çıxış edəcək.