"Eurovision 2019" mahnı müsabiqəsinin finalı baş tutub.
Unikal.org-un məlumatına görə, İsrailin paytaxtı Tel-Əvivdə Expo Mərkəzdə finala keçən ölkələrin təmsilçiləri səhnəyə çıxaraq bir daha mahnılarını səsləndiriblər.
26 ölkənin finalçısının yer aldığı gecədə Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino, Sloveniya, Şimali Makedoniya, Niderland, Albaniya, İsveç, Rusiya, Danimarka, Norveç, İsveçrə, Malta, Azərbaycan, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, Almaniya və ev sahibi İsrail təmsilçiləri səhnəyə çıxıb.
Müsabiqədə Niderlandı təmsil edən Duncan Laurens "Arcade" mahnısı ilə birinci olub.
Azərbaycan yarışmada 297 səs toplayaraq, yeddinci pillədə qərarlaşıb.
Səsvermə zamanı Azərbaycandan xallarını əsirgəməyən ölkələr bunlardır: Portuqaliya 8, Malta 8, Cənubi Makedoniya 4, San-Marino 4, Estoniya 5, Polşa 2, Norveç 5, İspaniya 7, Avstriya 4, Böyük Britaniya 7, İtaliya 7, Albaniya 8, Macarıstan 5, Moldova 6, İrlandiya 7, Rumıniya 10, Kipr 6, Avstraliya 2, Rusiya 12, İsveç 5, Litva 10, Serbiya 3, İslandiya 4, Gürcüstan 10, Yunanıstan 8, Latviya 6, Çexiya 5, Danimarka 4, Fransa 6, Finlandiya 2, Sloveniya 10, İsrail 7.
Qeyd edək ki, final bəstəkar-müğənni Murad Arifin şərhi ilə canlı yayımlanıb. Azərbaycan tərəfdən səsləri Xalq artisti Faiq Ağayev elan edib.