Gürcüstan- Azərbaycan münasibətləri sabah
12:29 04-10-2012
İQTİSADİYYAT
Gürcüstan- Azərbaycan münasibətləri sabah
Yeni siyasi kurs dəyişik olacaq
Gürcüstanda parlament seçkiləri sona çatdı və müxalifət qələbəsini təmin etdi. Maraqlıdır, bu qələbə Gürcüstanın siyasi xəttinə bu və ya digər şəkildə təsir edəcəkmi? Qeyd edək ki, Gürcüstan prezidenti Mixail Saakaşvili və komandası qərbyönlü siyasi xətt tutmuşdu və qısa zaman ərzində NATO-un üzvü olmağı özlərinin priroritet siysətləri hesab edirdilər. Bununla yanaşı Gürcüstanın başqa bir problemi də Rusiya ilə bağlı idi və indinin özündə də problem mövcud olaraq qalmaqdadır.
Amma artıq hakimiyyətin bir pilləliyində dayanan müxalifət bu məsələlərlə bağlı fərqli siyasət yürütmək həvəsindədilər və bunun bəzi cizgiləri görünür. Bununla bağlı daha dolğun nəticə çıxartmaq üçün gəlin öncəliklə müxalifət liderinin son açıqlamasına baxaq.
Gürcüstanda keçirilən parlament seçkisinin qalibi "Gürcü arzusu" koalisiyasının rəhbəri Bidzina İvanişvili seçkidən sonra prezident Mixail Saakaşviliyə ilk ismarıcını göndərib. Mətbuat konfransında çıxış edən İvanişvilinin prezidentlə bağlı mövqeyi sərt və qətiyyətli olub.
"Mixail Saakaşvili bizim təkidimiz olmadan istefa vermək üçün indidən ərizəsini yazmağa başlasa yaxşı olar. Çünki onu bu addımı atmağa vadar etmək üçün bir çox vasitə var. Onun istefası məntiqli addım olardı. Düşünürəm ki, o bu addımı atacaq. Əslində, onun məğlubiyyətlə barışacağını gözləmirdim. Düzdü bizim siyasi döyüşümüz heç bir şəxsi düşmənçilikdən irəli gəlmirdi, lakin mən həmişə onun Gürcüstanda yürütdüyü siyasəti tənqid etmiş və ölkəni acınacaqlı vəziyyəti gətirdiyi üçün qınamışam. O, zorakılıqları törətmək üçün zəmin yaradıb və zorakı insanları bir araya gətirib".
Qeyd edək ki, parlament seçkilərinin ilkin nəticələrinə əsasən, "Gürcü arzusu" müxalifət bloku parlamentin 150 deputat yerindən 54 faizinə yiyələnib. Prezident Sakaşvilinin "Vahid milli hərəkat" partiyası isə cəmi 48 faiz səs toplaya bilib. Prezident artıq bəyanatla çıxış edərək seçkidə uduzduqlarnı etiraf edib. O, bildirib ki, paralmentdə çoxluq İvanişvilinin tərəfdarlarına məxsus olacaq. Onun partiyası isə müxalifətə keçəcək.
İlkin açıqlamadan göründüyü kimi müxalifət parlamentdə ki, qələbəsini həm də icraedici srukturda reallaşdırmaq istəyir. Hazırda prezident seçkilərinin keçirilməsinə hələ bir il vaxt var və müxalifət narahatçılıq keçirir ki, Mixail Saakaşvili vəziyyətdən istifadə edərək yenidən qələbəsini təmin etsin. Bu məsələnin bir tərəfi. İndi isə gəlin yeni siyasi qüvvənin ölkə siyasətində həyata keçirəcəyi islahatlara baxaq. Ekspertlər hesab edir ki, yeni komanda ilk növbədə Rusiya ilə münasibətlərin qaydaya düşməsinə çalışacaq. Çünki faktiki olaraq Rusiya ilə Gürcüstan münasibətləri, Saakaşvili-Putin münasibətlərinə görə gərgindir və Saakaşvili sıradan çıxarılarsa iki ölkə münasibətlərin istiləşəcək. Bəs bunun qarşılığında nələr olacaq?
Güman edilir ki, qısa zaman ərzində Gürcüstanla Rusiya münasibətləri qaydaya düşəcək və faktiki olaraq saakaşvili siyasi proseslərdən kənarda qalacaq. Bununla yanaşı Rusiya münasibətlərin yaxşılaşdırılması üçün Gürcüstana müəyyən məsələlərdə güzəştə gedəcək. Bu güzəştlər nədən ibarət olacaq? İki ölkə arasındakı ticari əlaqələr bərpa olunacaq, viza rejimi ləğv olunacaq və Rusiyada yaşayan Gürcüstan vətəndaşları üçün münbit şərait yaradılacaq. Elə hazırkı müxalifətdə bunu açıq şəkildə bəyan edir:-"Ona görə də biz Rusiya ilə ticarət və mədəniyyət əlaqələrini bərpa etməklə dialoqa başlamalı və doğru məqamı gözləməliyik - çünki əvvəl-axır Rusiya, hətta Çin Avropaya doğru can atmağa başlayacaqlar və Avropanın demokratik dəyərlərinə əsaslanmağa çalışacaqlar". Bundan başqa Rusiya və Gürcüstan Abxaziya məsələsində də ortaq məxrəcə gəlmək üçün danışıqlara başlayacaq. Hesab edilir ki, Rusiyanın şərtləri qəbul olunarsa,Rusiya bu məsələdə də güzəştə gedəcək. Amma bu o demək deyil ki, sabahkı hakimiyyət Gürcüstanı Rusiyanın boyunduruğuna sala biləcək. Sadəcə olaraq Gürcüstanın NATO üzvü olması kifayət qədər ləngiyəcək. Azərbaycana gəldikdə isə ekspertlər bildirir ki, bu hakimiyyətdə Azərbaycanla xoş münasibət qurmağa ən azı məcburdur. Çünki Gürcüstan enerji məsələsində faktiki olaraq Azərbaycandan aslı durumdadır.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13