Güney Azərbaycanın tanınmış musiqi ustadlarından olan aşıq Ələsgər Mosen vəfat edib.

Unikal.org teleqraf.com-a istinadən xəbər verir ki, bir müddətdir xəstəlikdən əziyyət çəkən aşıq Binab şəhərindəki evində dünyasını dəyişib.

Mərəndli Aşıq Ələsgər adı ilə tanınan ustad sənətkar 1940-ci ildə Binabda dünyaya göz açıb. O, aşıq sənəti və qopuz çalmağı aşıq Mir Fərəcullah Nicatidən öyrənib.

Aşıq Ələsgər şeirləri ilə də məşhurdur, onun türk dilində qələmə aldığı çoxlu sayda şeirləri var.