Bakıda 29 may tarixində müvəqqəti olaraq bəzi marşrut xətlərinin hərəkət istiqaməti va son dayanacaq məntəqəsi dəyisdiriləcək.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Unikal.org-a verilən məlumata görə, ümumilikdə 22 marşrut xəttinin son dayanacağı və hərəkət istiqaməti dəyişdiriləcək.
Belə ki, 44, 30, 49, 33, 52, 96, 106, 113, 191 və 213 saylı marşrutların son dayanacağı dəyişdirilib.
Bundan əlavə, 1, 65, 79, 2, 14, 7A, 11, 12, 15, 36, 62 və 70 saylı marşrutların isə hərəkət istiqaməti dəyişdirilib.