ATƏT-in Parlament Assambleyasının prezidenti Giorgi Sereteli 28 May - Respublika günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Unikal.org xəbər verir ki, bu barədə G.Sereteli rəsmi “Twitter” səhifəsində yazıb.

“Bu gün Azərbaycan Şərqdə ilk demokratik respublikanın müstəqilliyini elan etməsinin 101-ci ilini qeyd edir. Azərbaycan xalqına sülh və əmin-amanlıq arzu edirəm. Müstəqillik gününüz mübarək”, - deyə Sereteli yazıb.