Türk müğənnisi Hadisə makiyajsız fotosunu tənqid edənlərə yataqdan paylaşım edərək cavab verib.
Unikal.org xəbər verir ki, ifaçı ötən gün İstanbuldakı lüks bir restorandan çıxarkən kameralara tuş gəlib. Onun sosial şəbəkələrə sızan makiyajsız fotosu tənqid edilib.
Hadisə isə tənqid edənlərə İnstaqram səhifəsində paylaşdığı foto ilə cavab verib.
"İstəsək makiyajsız toya, marketə və ya restorana gedərik. Kefimiz istəsə, bir daha makiyaj etmərik. Kimə nə? Hamı makiyajsız fotosunu yükləsin və vecinə olmadığını göstərsin. Biz qadınlar özümüzü sizə bəyəndirmək üçün yaşamırıq. Bunu anlayacaqsınız” deyə, müğənni paylaşımda yazıb.