Bir qədər əvvəl "Bakı Metropoliteni" QSC-nin "28 may" stansiyasında intihara cəhd hadisəsi baş verib. 

Unikal.org "Report"a istinadən xəbər verir ki, bir qadın özünü qatarın altına atıb. 

Hadisə ilə bağlı metroya giriş 15-20 dəqiqəlik dayandırılıb. 

“Bakı Metropoliteni”nin mətbuat katibi Bəxtiyar Məmmədov fbildirib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır və rəsmi məlumat veriləcək.

***

B. Məmmədov “Qafqazinfo”ya bildirib ki, qadının 54 yaşı var:

"O, intihar etmək məqsədiylə özünü qatarın altına atıb. Operativ müdaxilə nəticəsində həyatını xilas etmək mümkün olub, ayağında isə kiçik əzilmə qeydə alınıb. Hazırda xanım xəstəxanaya aparılıb.

 Metropoliten sözçüsü əlavə edib ki, artıq qatarların intervalı bərpa olunub.