Məşhur futbolçunun sevgilisi Georgina Rodriqes "Elle" jurnalının xərçəng xəstələrinə kömək məqsədilə təşkil etdiyi qala gecəsinə qatılıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, qəhvəyi rəngli, sinə və ayaq dekolteli paltar geyinən 25 yaşlı Rodriqes hər kəsin diqqət mərkəzində olub.
O, bədən quruluşunu üzə çıxaran zərif geyimi qızılı rəngli steletto ilə tamamlayıb.