Bakıda səhlənkarlıqda təqsirləndirilən "Kids studio" uşaq bağçasının müdiri Nigar Müseyibovanın cinayət işi üzrə hökm elan edilib.

Unikal.org  teleqraf.com-a istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə baş tutan prosesdə cinayət işi araşdırılıb və sonda hökm elan edilib.

Nigar Müseyibovanın cinayət əməli sübuta yetirilməyib və məhkəmə onun barəsində bəraət hökmü çıxarıb.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Nigar Müseyibovanın barəsində ittiham hökmünün çıxarılmasını istəyib.

Protest araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsində hakim Elmar Rəhimovun icraatına verilib. İlkin baxış iclası iyunun 10-na təyin olunub.