Bazar günü sənətçi Zerrin Özerin 3 ildir sevgili olduğu Murat Akıncı ilə evliliyi çox çəkməyib. Özündən 27 yaş kiçik həyat yoldaşının fırıldaqçı olduğunu öyrənən müğənni boşanma qərarı alıb.
Ancaq bütün bunlar onun səhhətində ciddi problemlər yaradıb, müğənni xəstəxanaxanalıq olub. O axşam saatlarında evində huşunu itirmiş şəkildə tapılıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 61 yaşlı müğənni Z.Özer xəstəxanada olarkən görüntülənib, vəziyyəti isə çox acınacaqlı, pərişan halda olub.
Özerin meneceri onun səhhəti ilə bağlı açıqlama verib:
"Zerrin xanım 2-3 gündür böyük kədər içərisindədir. Evdə huşunu itirib. Stres keçirib. Onu köməkçiləri tapıblar. Onun qan təzyiqi yüksəlir. Buraya təcili yardımla gətirildi. Həkimlər təzyiqini aşağı salır, amma yenə də qalxır" deyib.
Nikah fotolarının yayılmasıyla qadınlar "2-ci sayfa" verilişinə zəng edərək Akıncının fırıldaqçı olduğunu iddia edib və dəlillər təqdim edib. Öyrəndikləri qarşısında şok keçirən və boşanma qərarı alan Özer dünən axşam saatlarında xəstəxanaya aparılıb.
Bildirlib ki, Z.Özer Panikatak xəstəsidir.
Xatırladaq ki, Seda adlı qadın Muradın onunla birlikdə 3 qadını aldatdığını və dələduzluq yolu ilə külli miqdarda pulunu mənimsədiyini bildirmişdi.
Övlad sahibi olmayan sənətçinin bu sayca 3-cü nikahı idi.