Sonuncu dəfə "Yasak Elma" serialında Şahika rolunu canalndıran Nəsrin Cavadzadənin bu görüntüsü hər kəsin diqqətini çəkib.
Unikal.org Türkiyə mətbiatına istinadən xəbər veirr ki, o yeni film çəkilişinə gedərkən əlində səfərə çıxarkən istifadə olunan qab olub. Onun bu görüntüsü parazzilər tərəfindən çəkilib.
Aktrisa ketogen pəhriz saxladığı üçün yeməklərini evdə özü bişirib gətirdiyini deyib:
"Yeməkləri evdə özüm bişirdiyim üçün çəkiliş məkanına səfər tası ilə gedirəm. Bu gün semizotu, balqabaq və orqaniq toyuq pişirdim.
Ketogen diyetində şəkər və un yoxdur. Bol yağlı qidalar, çox çox zülal və zeytunyağı qəbul edirəm. Formada qalmağımın əsil sirri budur. Və həftədə beş gün idman edirəm".
Qeyd edək ki, çəkildiyi serialın mövsüm finalına çıxmasından sonra sonra tətilə getmədən yeni kino üçün razılaşıb.