İyulun 4-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) Azərbaycan Nümayəndəliyinin rəhbəri Alessandro Fracasetti ilə görüş keçirilib.
Unikal.org xəbər verir ki, görüş zamanı Azərbaycan və UNDP arasında ətraf mühit sahəsində mövcud əməkdaşlıq istiqamətləri və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.