Rusiyanın Yekaterinburq şəhərində yerləşən 4 saylı meyvə-tərəvəz bazarında əməliyyat keçirilib.
Unikal.org lent.az-a istinadən bildirir ki, bazarda keçirilən əməliyyat zamanı soğan dolu yük maşınından 25 kiloqram heroin aşkarlanıb.
Məlumata görə, qara bazarda dəyəri 4 milyon dollar olan heroinin Yekaterinburqa kimin sifarişiylə gətirilməsi araşdırılır. Yük maşınının sürücüsü saxlanılsa da, o, ilkin ifadəsində maşınında heroin olduğunu bilmədiyini deyib. Xatırladaq ki, adıçəkilən bazar azərbaycanlıların nəzarətində olan obyektdir. Bazarın qeyri-rəsmi sahibi isə Azər Piriyev adlı azərbaycanlıdır. Onun hazırda harada olduğu isə bilinmir.