Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov özünə yeni müavin təyin edib.
Unikal.org-un əldə etdiyi məlumata görə, Siraqəddin Cabbarovun əmri ilə, Ceyran Xəlilova Sabirabad rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin olunub.
O, bu təyinata qədər Sabirabad rayon Ü.Hacıbəyli adına Musiqi məktəbinin direktoru vəzifəsində çalışıb.
Xəbəri Sabirabad rayon İcra Hakimiyyətindən Unikal.org-a təsdiqləyiblər.
Qeyd edək ki, bir müddət öncə Sabirabad rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin keçmiş müdiri Babayeva Şahnaz Feyzulla qızı öz ərizəsi ilə işdən çıxıb.
Famil Fərhadoğlu