"Biz ilk gündən bilmək istədik ki, dopinq qamaqalı hardan qaynaqlanır və nədən yaranır.Araşdırmalar nəticəsində məlum oldu ki, bu halların bir neçə əsas səbələri var. Birincisi federasiyalarda həkim olmaması idi. İkinci problem isə həkim olmadığına görə nəzarət olmamasından irəli gəlirdi. Üçüncü problem isə təxribat xarakterli problemlər idi".
Unikal.org-un xəbərinə görə bu sözləri, Gənclər və İdman Nazirliyinin Dopinqə qarşı mübarizə sektorunun müdiri İradə Rüstəmzadə "İdmanda dopinq vasitələrindən və metodlarından istifadəyə qarşı mübarizə" haqqında yeni qanun layihəsinin hazırlanması üçün yaradılan İşçi qrupun toplantısında çıxışı zamanı deyib. Sektor müdiri deyib ki, bu ayın sonuna kimi Azərbaycan dopinqə qarşı yeni əsasnaməsini təsdiq edəcək:
"2007-ci ildə Azərbaycan 40 ölkə arasında dopinqə qarşı mübarizə konvensiyasına qoşuldu. 2008-ci ildə Ümumdünya Dopinq Agentliyinin kodeksinə əsasən Azərbaycan milli idman növlərində dopinqə qarşı əsasnamələri təsdiq tedi. Bu gün Dopinqə qarşı Mübarizə Agentliyi qanunlarını bir qədər dəyişdirib. Biz də buna uyğun olaraq dəyişikliklərin üzərində işəyirik. Bu, çox ağır işdir. Çünki artıq dünya bu məsələdə qaydaları sərtləşdirib. Ona görə də edəcəyimiz dəyişikliklərdə hər məsələyə ciddi yanaşmalıyıq.
Ümid edirik ki, bu ayın axırına kimi yeni Azərbaycan qaydaları da artıq qüvvəyə minəcək və kollegiyaya təqdim oluacaq".
İradə Rüstəmzadə bildirib ki, onların gördüyü tədbirlər ilk öncə idman federasiyaları tərəfindən birmənalı qəbul edilmirdi:
"Bizim ilk atdığımız addım bir qədər düzgün başa düşülmürdü. Lakin Azad Rəhimov bütün dərman vasitələrini alınmasına xüsusi diqqət yetirdikdən sonra bu məsələlər yoluna düşdü. İlk vaxtlarda federasiyalar narazılıq ediridlər. Onlara elə gəlirdi ki, biz onlardan hansısa hüquqları alırıq".
Nazirliyin sektor müdiri söyləyib ki, artıq federasiyalara dərmanların verilməsini nazirlik həyata keçirir:
"Federasiyalar zaman keçdikcə başa düşdülər ki,bu məsələlərdə bütün məsuliyyət bizim boynumuzdadır. Bu addımla artıq biz bildik ki, federasiyalara hansı dərmanları vermək olar və hansılarını olmaz. Dərman maddələri sifariş ediləndə federasiyalar bizə sifariş edirlər və biz də o dərmanların həmin federasiyalara verilib-verilməməsi barədə qərar veririk. Biz artıq bu yolla problemləri aradan qaldırmağa çalışırıq".
İradə Rüstəmzadə son illərdə Azərbaycana qarşı dopinqə görə tətbiq edilən cəzaları da açıqlayıb: "Son 10 ildə gördüyümüz işlər nəticəsində cəmi 5 idmançı dopinqə görə diskalifikasiya olunub. Onlardan 3 nəfəri legioner, 2-si isə azərbaycanlı idmançıdır. Burada səbəb məşqçilərin səhvidir və biz hələ də bunu üzərində işləyirik. Bu gün artıq hər 1 idmançıya görə federasiyalar dopinq cəriməsi olaraq 10 min dollar ödəyir.
Hər 2-ci və 3-cü idmançıya görə eyni qaydada cərimələr 10 min dollardır. Artıq 4-cü idmançıya görə isə bu cərimə 50 min dollar təşkil edir. Bu işləri görən insan 100 manatdan 200 manata qədər cərimə verir. Biz xahiş edirik ki, qanunlara yenidən baxılsın və cərimələr daha da sərtləşdirilsin. Azyaşlı idmançılara görə isə kimsə məsuliyyət daşımalıdır.
Biz istəyirik ki, yeni qanunda bu məsələ xüsusi əksini tapsın".