Liviyanın qərbində yerləşən Qarabili şəhərində döyüş sursatları satılan mağazada partlayışın baş verməsi nəticəsində ən azı 20 nəfər ölüb, daha 30 nəfər yaralanıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanının nümayəndəsi Məhəmməd Assayed məlumat verib.
"Ölən və yaralananların sayı artır və biz onları ciddi cəhdlə yaxınlıqdakı xəstəxanalara göndərməyə çalışırıq", — deyə o bildirib.
Partlayışın hansı səbəbdən baş verdiyi məlum deyil.