Geridə qalan mövsümün sonunda “Atletiko” ilə müqaviləsi başa çatan Filipe Luis klubla yollarını ayırıb.

Unikal.org klubun rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı futbolçu üçün klub rəhbərliyi vida mərasimi təşkil edib. Vida mərasimində klub rəhbərliyi, baş məşqçi Dieqo Simeone və bir çox futbolçular iştirak ediblər.

“Atletiko”dan ayrılması ilə bağlı danışan Filipe, bunları deyib:

“Atletiko”da keçirdiyim anlar üçün məmnunam. Bu gün kədərli deyil, xoşbəxt gündür, çünki bu klub üçün hər şey etmişəm. Gələcəkdə yenidən bura qayıdacam. Bu, sadəcə futbolçu kimi bir vidadır”.

Braziliyalı futbolçunun 14 il sonra yenidən öz ölkəsində çıxış edəcəyi bildirilir. Filipe Braziliyanın “Flamenqo” klubu ilə razılıq əldə edib.

33 yaşlı futbolçu 2010-2014-cü illərdə “Atletiko”nun şərəfini qoruyub. 2014-cü ildə “Çelsi”yə transfer olunan futbolçu, 2015-ci ildə yenidən “Atletiko”ya qayıdıb.